müvəqqəti idxal (ixrac) müddəti

Malların müvəqqəti idxal (ixrac) gömrük rejimində rəsmiləşdirildiyi andan həmin malların digər gömrük rejimində rəsmiləşdirildiyi anadək və ya mallar geri aparılarkən (gətirilərkən) onların müvəqqəti idxal (ixrac) gömrük rejimində gömrük nəzarəti altında olduğu müddət

müvəqqəti idxal (ixrac) malları
müvəqqəti məşğulluq
OBASTAN VİKİ
İdxal
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
İdxal inflyasiyası
İdxal inflyasiyası — idxal qiymətlərinin artması və ölkəyə əhəmiyyətli xarici valyuta axını nəticəsində baş verən inflyasiya. == Tərifi == İdxal olunan inflyasiya ölkənin milli valyutasının xarici valyutalara nisbətdə məzənnəsinə təsir edir. Qiymət artım sürətinə təsir göstərir. Hazırda neft məhsullarının dünya qiymətlərinin artması ilə əlaqədar Rusiyada idxal inflyasiyası artıb. İstehsal xərclərinin artması dünya qiymətlərinin qiymət formalaşmasına təsir göstərmişdir. İdxal olunan mallar istehlak bazarının yarısını təşkil edir, onların qiymətləri olması lazım olduğundan daha yüksəkdir ki, bu da inflyasiyanın sürətini artırır. Xarici investisiyaların artması pul kütləsinin artmasına səbəb olur. ABŞ dollarının ucuzlaşması və qlobal valyuta bazarında avronun möhkəmlənməsi rublun məzənnəsinin dinamikasına təsir edib. Bu, ölkə daxilində qiymətlərin formalaşmasına təsir etdi === Məsələn === Rusiyaya inflyasiya idxalı əsasən ABŞ-dan gəlir. Bu proses II Dünya Müharibəsi başa çatdıqdan sonra, Bretton-Vuds pul sisteminin prinsiplərinə uyğun olaraq dollar ehtiyat valyuta kimi rəsmi status aldıqdan sonra fəal inkişaf etməyə başladı.
Protrombin müddəti
“Quick” göstəricisi, “Quick” test, Protrombin müddəti ABŞ həkimi ing. Armand James Quick-in şərəfinə adlandırılmış qanın laxtalanma sisteminin funksiyasını qiymətləndirmək üçün mövcud olan tibbi laborator göstərici. Bu göstəricinin başqa cür protrombin müddəti (ing. prothrombin time - PT) adlandırırlar. == Müayinəsi == Götürülmüş qan probuna natrium-sitrat qatılır ki tez laxtalanmanın qarşısı alınsın. Bu zaman laxtalanma üçün lazım olan kalsium natrium sitratla birləşir. Laboratoriyada sitratlı qan probu sentrafuqdan keçirilərək zərdab alınır. 37 °C tempraturda alınmış zərdab üzərinə toxuma faktoru (=Tissue-Faktor= (toxuma-) tromboplastin) əlavə edilir. Beləliklə ekzogen olaraq laxtalanma aktivləşmiş olur. Fibrinin yaranmasına qədərki müddət hesablanır.
Güzəşt müddəti
Güzəşt müddəti (ing. grace period) — kredit üzrə faizlərin ödənilməsi üçün güzəşt müddəti. Güzəşt müddəti tətbiq edilərkən, vəsaitlərin istifadəsi üçün faizlər ümumiyyətlə hesablanmır və ya onun məbləği baza dərəcəsindən xeyli aşağıdır. Tez-tez kredit kartları və overdraft kartları üçün istifadə olunur. == Əsas növlər == Hər bir əməliyyat üçün güzəşt müddəti (kredit tranşı). Bu halda, əməliyyatın aparıldığı tarixdən sonra müəyyən müddətə (güzəştli dövr) faizlər hesablanmır. Faizlər hesablanır, lakin borc uğurla ödənildikdə hesablanmır. Hesabat dövründə həyata keçirilən əməliyyatların cəmi üçün güzəşt müddəti. Bu zaman güzəşt müddətindən istifadə etmək üçün müddət bitdikdən sonra müəyyən müddətdən sonra borcun tam və ya qismən ödənilməsi lazımdır. Düzünü desək, bu halda güzəşt müddətinin ölçüsü müəyyən edilmir və hesabat dövrünün birinci günü (maksimum müddət, adətən reklamda göstərilir) və sonuncu gün (minimum müddət) edilən əməliyyatlar üçün fərqlənir.
Müvəqqəti fayl
Müvəqqəti fayl – temporary file (temp file) ~ временный файл ~ geçici dosya ~ müvəqqəti fayl – əməliyyat sisteminin, yaxud hər hansı başqa proqramın yaddaşda, yaxud diskdə yaratdığı fayl; müvəqqəti fayl iş seansı zamanı istifadə olunur, sonra isə məhv edilir. Müvəqqəti saxlama yeri – temporary storage ~ временное запоминающее устройство ~ geçici bellek ~ hesablamalar, çeşidləmə, yaxud veriliş zamanı müvəqqəti olaraq aralıq verilənləri yazmaq üçün ayrılmış yaddaş, yaxud yaddasaxlama qurğusunun bölümü. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müvəqqəti məşqçi
Müvəqqəti məşqçi — idmanda adətən müntəzəm məşqçi vəzifədən kənarlaşdıranda və ya başqa kluba keçəndə, müvəqqəti olaraq klubu və ya komandanı idarə edir.
Müvəqqəti nikah
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Müvəqqəti prezident
Müvəqqəti prezident (ing. Acting president) bir şəxsdir ki, əgər prezident mövcud olmaya (məsələn; xəstə ola və ya məzuniyyət əsasında) və ya prezident vəzifəsi boş olsa (məsələn; ölüm, zədə, istefası və ya vəzifədən azad edilməsinə görə) bir təşkilatın və ya ölkə prezidentinin rolunu müvəqqəti olaraq doldurur.
Aktivləşdirilmiş laxtalanma müddəti
Aktivləşdirilmiş laxtalanma müddəti (ing. activated coagulation time - ACT) — laxtalanmanı daha doğrusu onun müddətini ölçmək üçün tətbiq olunan müayinə metodudur. Bu zaman koalin əlavə edilmiş qanın laxtalanmağa başladığı an qeydiyyata alınır. Bu müayinə üsulu xüsusən, qanın tam heparinləşdirilməsi şəraitində aparılan tibbi müayinə, müalicə və cərrahi əməliyyatlarda qanın laxtalanma müddətini təyin etmək üçün tətbiq edilir. Normada bu göstərici 80–100 saniyədir. Bu o deməkdir ki qan 80–100 saniyə ərzində laxtalanmağa başlayır. Süni qan dövranı aparatı ilə icra olunan ürək əməliyyatları zamanı bu müddətin tam heparinləşdirmə nəticəsində 400–600 saniyə olması labüddür.
Yarım parçalanma müddəti
Yarım parçalanma müddəti (T1/2) — orqanizmdə dərman preparatının miqdarının 50%-ə (yarıya) qədər azalması üçün tələb olunan müddət və ya zaman. Müxtəlif dərman preparatlarında bu müddət müxtəlif olur. Beləki aspirin və ibuprofen preparatlarında yarım parçalanma müddəti təxminən 4, piroksikamda isə 24 saatdır.
Geri ödəmə müddəti metodu
Geri ödəmə müddəti metodu (ing. payback period) — ilə bir investisiyaya çəkilən xərcin nə qədər müddətə geri dönəcəyi hesablanır.[1] Misal üçün hər il 1000 AZN gəlir gətirən 3000 AZN-lik bir investisiya üç illik geri ödəmə müddətinə sahibdir. İnvestisiyanın gətirdiyi gəlirlərin kumulyativ cəminin investisiya məbləğinə bərabər olduğu və ya onu keçdiyi il geri ödəmə ili olur. == Məqsədi == Geri ödəmə müddəti metodu tez-tez istifadə edilən bir metoddur. Çünki akademik təhsil və çalışma sahəsindən asılı olmayan çox insan üçün istifadəsi asan və anlaşıqlıdır. Müəssisə bu metod vasitəsilə investisiya xərclərinin nə zaman geri dönəcəyini görür və buna uyğun olaraq investisiya layihəsinin reallaşdırılması ilə bağlı qərarını verir. == Düsturu == Geri ödəmə müddəti əsasən il olaraq ifadə olunur. Hər il üçün xalis nağd pul mədaxili(1) = Nağd pul mədaxili(1) — nağd pul məxarici(1)hesablanır. Daha sonra xalis nağd pul mədaxillərinin kumulyativ cəmi hesablanır. Cəmi investisiya məbləğinə bərabər edən il isə geri ödəmə ili olur.[2] Əgər hər il üçün pul daxil olmaları sabit(eyni) olarsa, geri ödəmə müddəti = İnvestisiya məbləği(C0) / təxmin olunan xalis nağd pul mədaxili(C) P P = C 0 C {\displaystyle PP={\mathbb {C} _{0} \over C}} Pul daxil olmaları müxtəlif olduqda isə aşağıdakı düsturdar istifadə edilir: P P = n + ( C 0 − C k ) C {\displaystyle {\displaystyle PP={n+{{(\mathbb {C} _{0}-\mathbb {C} _{k})} \over C}}}} [3] n — Pul daxilolmaların kumulyativ cəminin müsbətə keçdiyi ildən əvvəlki il C0 — İnvestisiya məbləği Ck — n -ci ilə qədər(n-ci ildə daxil olmaqla) pul daxil olmalarının kumulyativ cəmi Bu düstur geri ödəmə müddətindən sonra ortaya çıxacaq dəyərləri (mənfi və ya müsbət) nəzərə almır.
Müvəqqəti işlər vəkili
Müvəqqəti işlər vəkili (Fransızca: chargé d'affaires) əsasən müxtəlif səbəblərdən səfir göndərilməyən və ya göndərilə bilməyən ölkələrlə diplomatik əlaqələri idarə etmək üçün vəzifələndirilən və ya missiya liderinin yoxluğunda ona vəkalət eden diplomatdır. Müvəqqəti işlər vəkilinin statusu 1961-ci ildə Vyanada imzalanan Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyasında müəyyən edilib.
Müvəqqəti İnqilab Komitəsi
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi. 1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, D. Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, B. Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.
Rusiya müvəqqəti hökuməti
Müvəqqəti hökumət (2 (15) mart — 25 oktyabr (7 noyabr) 1917) — Rusiyada dövlət hakimiyyətinin Fevral inqilabı və Oktyabr inqilabı arasındakı dövrdə ali icraedici, sərəncam və qanunverici orqanı idi. Bəzi mənbələrdə bu hökumət Moskva hökuməti kimi qeydə alınıb. Dövlət dumasının Müvəqqəti komitəsi və Fəhlə və əsgər deputatların Petroqrad Şurasının icra komitəsi arasında əldə edilən razılaşma əsasında yaradılmışdır.
İraq Müvəqqəti Hökuməti
İraq Müvəqqəti Hökuməti — ABŞ və onun koalisiya müttəfiqləri tərəfindən 2005-ci ilin yanvarında keçiriləcək prezident seçkilərindən sonra yeni konstitusiyanın hazırlanmasından əvvəl İraqı idarə etmək üçün qurulan hökumət. 28 iyun 2004-cü ildən 3 may 2005-ci ilə qədər fəaliyyət göstərmişdir. Bu müddət ərzində hökurmət ABŞ, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Dövlətləri Liqası tərəfindən İraqın yeganə qanuni hökuməti kimi tanınmışdır. Əyad Ələvi baş nazir vəzifəsini öz üzərinə götürmüşdür.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsi
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi. 1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, D. Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, B. Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.
Fransa Respublikasının Müvəqqəti Hökuməti
Fransa Respublikasının Müvəqqəti Hökuməti — İkinci Dünya Müharibəsi Fransanın bütün siyasi və iqtisadi sistemini dərindən sarsıtdı. 1875-ci ildən bəri mövcud olan üçüncü respublika ləğv edildi; Fransa istehsalçı qüvvələrinin 10% -i məhv edildi, istehsal səviyyəsi azaldı. Müharibə zamanı onun müstəmləkə imperiyasının parçalanması başladı. Müharibənin sonunda qüvvələrin yeni siyasi birləşməsi formalaşmışdı. 3 iyun 1944-cü ildən Fransada, "Azad Fransa" hərəkatının lideri General De Qoll başçılıq edən Müvəqqəti Hökumət fəaliyyət göstərib. Antihitler koalisiyası ölkələri tərəfindən tanındı (xüsusilə, Sovet İttifaqı 1944-cü il oktyabrın 23-də Londondakı Birlik hökumətlərinin nəzdində SSRİ səfirliyi vasitəsilə diplomatik əlaqələr qurdu). Müqavimət Hərəkatı partiyasının siyasi sisteminin formalaşmasına və yeni konstitusiyanın xarakterinə böyük təsir göstərmişdir. Alman işğalçıları ilə siyasət və əməkdaşlığı təhlükə altına alan siyasi partiyalar ləğv edildi. Hökumət Müqavimətə qatılan siyasi partiyaların nümayəndələrindən: Kommunistlər, Sosialistlər, Xristian Demokratlar və s. daxil idi.
Muğan Müvəqqəti Hərbi Diktaturası
Muğan Müvəqqəti Hərbi Diktaturası — Bakı Kommunasının devrilməsindən sonra Muğanda Sentrokaspi Diktaturası və Lionel Denstervil dəstəyi ilə yaradılan diktatura. "Muğan hökuməti" antiazərbaycan siyasəti yeridir, denikinçilərin Cənubi Qafqazda ağalığını təmin etməyə çalışırdı. Muğan hökuməti Azərbaycanın müstəqilliyini dəstəkləmirdi və ona Bakının Britaniya işğalı altında fəaliyyət göstərən rus polkovniki T. P. Suxorukov başçılıq edirdi. Muğan höküməti özünü "vahid və bölünməz Rusiya"nın muxtar hissəsi elan etmişdi. Bu qurumun rəhbərləri qurulmuş yeni hakimiyyəti “Muğan dövləti (respublikası)”, digər əks tərəf sovetlər isə “Muğan hərbi diktaturası” adlandırdılar. == Tarixi == 1918-ci ildə Çar hakimiyyətinin yıxılması ilə onun əyalətlərdə olan sadiq ordusu da dağıldı. Lakin ordunun qalıqları ətrafına yerli əhalidən özünümüdafiə qüvvələri toplayaraq, “Muğan ordusu” formalaşdırmağa başladılar. Muğan ordusunun tərkibi müxtəlif etnik millətlərdən – rus, erməni, ukraynalı və azərbaycanlılardan ibarət idi. Ordunun başında milliyətcə rus olan İlyaşeviç və kapitan V.Dobrınin dururdu. Bunlarla yanaşı “Muğan ordusu”nun təşkilində leytenant Xoşev və digərləri də var idi.
Müvəqqəti Azərbaycan hökuməti (1992)
Müvəqqəti Azərbaycan Hökuməti — Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun istefasından sonra Azərbaycan Ali Sovetinin sədri və Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov tərəfindən qurulmuş müvəqqəti hökumət. == Zəmin == 5 mart 1992-ci il tarixində Azərbaycan Ali Sovetinin sədrinin birinci müavini Ziyad Səmədzadənin sədrliyi altında Ali Sovetin fövqəladə sessiyası keçirilir. Sessiyada Ali Sovetin sədri Elmira Qafarovanın səhhəti ilə əlaqədər öz vəzifəsindən istefa verdiyi elan olunur. Slə həmin gün Ali Sovetin sədri vəzifəsinə seçkilər keçirilmiş, seçkilərdə iştirak edən deputatların 89,4%-nin səsi ilə bitərəf deputat Yaqub Cavad oğlu Məmmədov Azərbaycan Ali Sovetinin sədri seçilmişdir. Azərbaycanda baş verən hadisələr fonunda Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibov 6 mart 1992-ci il tarixində öz vəzifəsindən istefa vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 121–7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədova keçmişdir. Yaqub Məmmədov vəzifəyə keçdiyi zaman mövcud baş nazir Həsən Həsənova Nazirlər Kabinetinin yeni tərkibi haqqında təkliflər hazırlaması üçün 10 gün vaxt vermişdir. Ayaz Mütəllibovun istefasının ardınca onun baş naziri Həsən Həsənovun rəhbərlik etdiyi Nazirlər Kabineti də, yəni bütövlükdə Azərbaycan hökuməti 6 mart 1992-ci il tarixində istefa vermişdir. 4 aprel 1992-ci il tarixində Ali Sovetin sədri Yaqub Məmmədov tərəfindən imzalanan fərmanla istefası qəbul edilən Nazirlər Kabinetinin müvəqqəti fəaliyyət göstərməsi ilə bağlı qərar qəbul olunmuş, kabinetə müvəqqəti sədrlik Feyruz Mustafayevə tapşırılmışdır.
Müvəqqəti Rus Milli Komitəsi
Müvəqqəti Rus Milli Komitəsi— Milli mənsubiyyət prinsipi əsasında yaradılmış və Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ictimai-siyası təşkilatlardan biri. == Vəzifəsi == 1918-ci il sentyabrın 21-də tanınması barədə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə müraciət etmiş, sentyabrın 22-də isə Nazirlər Şurasının sədrinə məktubunda qarşıya qoyduğu vəzifələri açıqlamışdı: 1918-ci il sentyabrın 25-də şəhər dumasının və şəhər özünüidarəsinin milliyyətcə rus olan bütün deputatları və rəsmi nümayəndələri komitənin tərkibinə daxil edildi. Beləliklə, komitənin tərkibinə 18 nəfər daxil oldu və daha 12 nəfər tam üzv kimi tərkibə salındı. M.F.Podşivyakin komitənin sədri seçildi. Komitə öz fəaliyyətini böyük Rusiya dövlətini bərpa etmək ideyasında görürdü. Buna görə də öz nümayəndəsini parlamentə göndərmək barədə Azərbaycan hökumətinin çağırışına cavab olaraq, komitə 1918-ci il noyabrın 28-dəki iclasında Ümumrusiya Müəssislər məclisi çağırılana qədər yerli qanunvericilik orqanlarının yaradılmasını lüzumsuz sayaraq, bu təklifi qəbul etməməyi qərara aldı. == Neşşertsovun sorğusu == Komitənin 13 noyabr tarixli iclasında A.İ.Neşşertsov belə bir sorğu vermişdi.: “Rus Milli Komitəsi Bakıda törədilmiş vəhşiliklərə nə üçün vaxtında etirazını bildirməmişdir. Rus Milli Komitəsinin aldığı 100 min rubl nə üçün digər millətlər arasında bölünməmiş, bütünlüklə, Rus Komitəsi tərəfindən götürülmüşdür” və s. Lakin bu sorğu iclasda müzakirə olunmamışdı. 1919-cu ilin mayın 23-də komitədə Kiçik Şura yaradıldı.
Müvəqqəti Xüsusi İdarəetmə (Qarabağ)
Müvəqqəti Xüsusi İdarəetmə — Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin müvəqqəti xüsusi idarəetmə ilə idarə olunması. 2020-ci il oktyabrın 29-də xüsusi fərman ilə yaradılıb. == Tarixi == Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatlara cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamışdır. Əks-hücum əməliyyatları nəticəsində işğalda olan Azərbaycan Respublikasının bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər ərazilər azad edilmişdir. Bu işğaldan azad edilmiş ərazilərin idarə olunması üçün oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. === Prezidentin fərmanı === İ.Əliyev işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq belə bir fərman imzalayıb. Fərman 15 bənddən ibarətdir. Əsas məqsədi zad edilmiş ərazilərin hərbi vəziyyət bitənə qədər idarəetməsidir. Fərmanın birinci bəndinə görə İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq. İkinci bəndə əsasən isə Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edəcək və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkili ilə məşğul olacaq.
Vyetnamın Müvəqqəti Mərkəzi Hökuməti
Vyetnam Müvəqqəti Mərkəzi Hökuməti (fr. Gouvernement central provisoire du Viêt‑Nam., vyet. Chính phủ Trung ương lâm thời Việt Nam) — 1948–1949-cu illərdə Vyetnam ərazisi üzərində hakimiyyət iddiasında olan Fransayameylli hökumət. İkinci Dünya müharibəsindən əvvəl Vyetnam Hind-Çin İttifaqının müstəmləkə bölməsinin bir hissəsi idi. == Tarixi == İkinci Dünya müharibəsindən sonra, 2 sentyabr 1945-ci ildə bütün Vyetnam ərazisində kommunistlər tərəfindən Vyetnam Demokratik Respublikası (VDR) elan edilmişdir. 6 mart 1946-cı ildə Fransa Hind-Çin İttifaqının bir hissəsi kimi Vyetnam Demokratik Respublikasının müstəqilliyini tanımış və 2 iyun 1946-cı ildə Fransanın Vyetnamdakı müstəmləkə hakimiyyəti Koxinxina Muxtar Respublikasını elan etmişdir. 6 iyul 1946-cı ildə Fontenbloda Fransa–Vyetnam Sülh Konfransı başlamışdı. Ho Şi Min VDR-nin Fransa ilə birləşməsinə və Koxinxina Muxtar Respublikasının tanınmamasına razı olduğunu bildirmişdi, 1946-cı ilin sonlarında Hind-Çin müharibəsi başlamışdır. 1947–1948-ci illərdə münaqişənin siyasi həllini tapmağa çalışan Fransa milliyətçilərə arxalanmağa qərar vermişdi. Danışıqlar Honkonqda yaşayan keçmiş imperator Baoday ilə başlamış, lakin o, məsələ həll olunana qədər geri qayıtmaqdan imtina etmişdi.
Koreya Respublikası Müvəqqəti Hökuməti
Koreya Müvəqqəti Hökuməti (KMH), rəsmi adı ilə Koreya Respublikası Müvəqqəti Hökuməti (kor. 대한민국 임시정부) — Koreyanın Yaponiya işğalı zamanı Çində yerləşən sürgündə olan Koreya hökuməti.
Müvəqqəti Xüsusi İdarəetmə (Dağlıq Qarabağ)
Müvəqqəti Xüsusi İdarəetmə — Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin müvəqqəti xüsusi idarəetmə ilə idarə olunması. 2020-ci il oktyabrın 29-də xüsusi fərman ilə yaradılıb. == Tarixi == Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatlara cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamışdır. Əks-hücum əməliyyatları nəticəsində işğalda olan Azərbaycan Respublikasının bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər ərazilər azad edilmişdir. Bu işğaldan azad edilmiş ərazilərin idarə olunması üçün oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. === Prezidentin fərmanı === İ.Əliyev işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq belə bir fərman imzalayıb. Fərman 15 bənddən ibarətdir. Əsas məqsədi zad edilmiş ərazilərin hərbi vəziyyət bitənə qədər idarəetməsidir. Fərmanın birinci bəndinə görə İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq. İkinci bəndə əsasən isə Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edəcək və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkili ilə məşğul olacaq.
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun — Azərbaycan Xalq Cümhuriyyətində orduya çağırış və hərbi səfərbərlik işini tənzimləyən hüquqi sənəd. == Qanunun qəbul edilməsi == Azərbaycan Hökuməti tərəfindən 1918-ci il oktyabrın 11-də qəbul edilmişdir. Azərbaycan Hökumətinin hərbi qanunvericilik sahəsində qəbul etdiyi ilk mühüm sənədlərdən biri idi. Həmin qanuna görə 17 yaşına çatmış hər bir gənc hərbi mükəlləfiyyətli hesab edilirdi. 18 və 19 yaşlarında olanlar xidmətqabağı 2-ci dərəcəli ehtiyatda sayılırdılar. Bu gənclər yalnız müharibə vaxtı xidmətə cəlb olunurdular. 20 yaşlı gənclər zərurətdən asılı olaraq ya tam, ya da qismən xidmətə çağırılırdılar. Hərbi xidmət müddəti piyada və nəqliyyat qoşunlarında 2 il, digər qoşun növlərində isə 3 il idi. Hərbi xidməti başa vurduqdan sonra keçmiş əsgərlərin 1-ci dərəcəli ehtiyatda xidməti piyadalar üçün 40 yaşına, digər qoşun növlərində olanlar üçün isə 38 yaşınadək davam edirdi. Müvəqqəti qanunun böyük hissəsi çağırışdan möhlətə və güzəştlərə həsr edilmişdi.